BOBBİ FİŞER SİYASİ SIĞINACAQ İSTƏYİR
Bəyanatda deyilir ki, şahmatçı “Amerikanın nəzarəti altında olan düşmən, amansız və satqın Yaponiyada daha qalmaq istəmir və hər hansı “dost ölkədən” ona sığınacaq verməyi xahiş edir.
Xatırladaq ki, Fişer ABŞ Federal Təhqiqat Bürosu tərəfindən axtarışda elan olunmuşdur. Buna səbəb odur ki, 1992-ci ildə o, Yuqoslaviyaya qarşı tətbiq olunmuş sanksiyaları pozaraq, Serbiyaya getmiş və şahmat turnirində oynamışdır. Onun təqib edilməsini, görünür, 11 sentyabr terror aktları barədə söylədiyi fikirlər daha da gücləndirmişdir. Fişer terrorçuların əməllərini, əslində, bəyənmişdir. İndi onun başı üstünü 10 il müddətinə həbs cəzası təhlükəsi almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]