BOK Rusiya yüngül atletlərinin 24 medalı qaytarmasını gözləyir
Bakı, 27 dekabr, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci il və 2012-ci il Olimpiya oyunlarında iştirak edən rusiyalı yüngül atletlərin təkrar dopinq testini keçirib və onların 24 medalı qaytarmasını gözləyir. Hazırda idmançılar daha beş medalı BOK-a təhvil verilməsi üçün Rusiya Olimpiya Komitəsinə qaytarıblar.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, BOK 2016-cı il Olimpiya oyunları ərəfəsində rusiyalı yüngül atletlərin təkrar dopinqini keçirdikdən sonra onların bir çoxunun yarışlarda iştirakını qadağan edib. İdman Arbitraj Məhkəməsi də bu qərarı təsdiq edib. Bundan sonra BOK Rusiya Olimpiya Komitəsinə müraciət edərək həmin idmançıların medallarının qaytarılması tələbini irəli sürüb. Son tarix kimi dekabrın 24-ü müəyyən olunub. Bu idmançıların siyahısına dopinq qəbul etməyən, lakin estafet və dördlü bobsley kimi yarışlarda qaydaları pozanlarla birlikdə çıxış edən idmançılar da salınıb.
Qərardan 2,5 il keçməsinə baxmayaraq, rusiyalı idmançılardan cəmi beş nəfəri medalları qaytarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]