Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə uğurla çıxış edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi Nalçikdə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində üç yoldaşlıq görüşü keçirib. Yığmamız ilk qarşılaşmada Rusiyanın ikinci komandası ilə üz-üzə gəlib. Görüş boksçularımızın 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Sonra Qazaxıstan millisi ilə gücünü sınayan komandamız bu dueldən də qalib ayrılıb - 8:2. Yığmamız sonuncu qarşılaşmasında Rusiyanın əsas komandası ilə görüşüb. Qarşılaşma rəqibin 4:6 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, komandamız turniri ikinci yerdə yekunlaşdırıb. Yığmamızın heyətində Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar.
Boksçularımızın Avropa birinciliyinə hazırlığının sonuncu mərhələsi oktyabrın 1-18-də Bakıda təşkil olunacaq.
Qitə çempionatı oktyabrın 20-dən 29-dək Antalyada keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]