Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
Bakı, 15 noyabr, AZƏRTAC
İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı start götürür.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın ilk günündə təmsilçilərimizdən Sənan Hətəmov (67 kq) otuzikidəbir, Tural Sarıyev (48 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) isə onaltıdabir final mərhələsindən mübarizəyə başlayacaqlar. Belə ki, Tural Sarıyev (48 kq) Titivat Flonqaurai (Tailand), Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya), Rza Rzazadə (75 kq) Antonio Leyva (Argentina), Mehparə Məmmədova (48 kq) Lyuba Atanasova (Bolqarıstan) ilə görüşəcəklər.
Dünya çempionatında 89 ölkədən 476 oğlan və 208 qız olmaqla 684 boksçu mübarizə aparacaq. Mundialın qalibləri noyabrın 25-də və 26-da məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]