BOKSÇULARIMIZ UKRAYNADA 6 MEDAL QAZANMIŞLAR
Bakı, 14 iyul (AZƏRTAC). Ukraynanın Mariupol şəhərində başa çatmış boks üzrə ənənəvi 43-cü beynəlxalq “Makar Mazay” turnirində Azərbaycan boksçuları 6 bürünc medal qazanmışlar.
Baş məşqçi Nəriman Abdullayevin yetişdirmələrindən Nihad Seyidov (51 kq), Rəhim Nəcəfov (54 kq), Elşən İsmayılov (57 kq), Ramal Amanov (64 kq), Elçin Əlizadə (91 kq) və Asim İsgəndərov (91 kq-dan çox) fərqlənmişlər.
Xatırladaq ki, bu beynəlxalq turnir azərbaycanlı boksçular üçün sentyabr ayında Milanda keçiriləcək dünya birinciliyinə hazırlıq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]