Boksçumuz Avropa birinciliyində növbəti görüşünə çıxacaq
Bakı, 17 aprel, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiya şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın dördüncü günündə boksçumuz Daniel Xolostenko (71 kq) ikinci görüşünə çıxacaq. İdmançımız səkkizdəbir finalda macarıstanlı Levent Qemeslə qarşılaşacaq.
Qeyd edək ki, ölkə çempionu on altıdabir finalda Andrey Osiyevsçi (Moldova) vaxtından əvvəl tam üstünlüklə məğlub edib.
Xatırladaq ki, əvvəlki yarış günlərində millimizin üzvlərindən Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) rəqiblərini məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Onlar növbəti qarşılaşmalarını aprelin 19-da keçirəcəklər.
Avropa birinciliyində 39 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.
Yarışın qalibləri aprelin 21-də məlum olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]