Boksçumuz Məsud Yusifzadə IV İslam Həmrəyliyi Oyunlarının dörddəbir final mərhələsinə yüksəlib
Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Azərbaycan millisinin daha bir boksçusu IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışa 1/8 finaldan başlayıb. O, ilk döyüşündə türkiyəli Ömər Koç ilə qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
M.Yusifzadə 1/4 finalda özbəkistanlı Abrorjon Kodırov ilə üz-üzə gələcək. Görüş mayın 16-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]