BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB GEORGİ PIRVANOVA
Hörmətli cənab Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı faydalı əlaqələrimiz və əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 23 fevral 2006-cı il.