Bolqarıstan uzunömürlülüyə görə Avropa İttifaqında ən aşağı göstəriciyə malikdir
Sofiya, 9 aprel, AZƏRTAC
Avropa İttifaqı ölkələri arasında uzunömürlülüklə bağlı ən aşağı göstərici Bolqarıstanda qeydə alınıb.
Bu barədə Avropa Statistika Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 2018-ci ildə Bolqarıstanda orta ömür 75 ilə bərabər olub. Bu, 2017-ci illə müqayisədə 2 ay çoxdur. Qadınlar arasında orta ömür 78,6 il, kişilər arasında isə 71,5 il təşkil edir. 2018-ci ildə Bolqarıstan vətəndaşları orta hesabla 65,8 yaşa kimi ciddi xəstəlik olmadan yaşayıblar. Avropa İttifaqında isə orta uzunömürlülük qadınlarda 83,7 yaş, kişilərdə isə 78,2 yaşdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]