Bolqarıstanda “Frakiya gürzəsi-2020” adlı aviatəlimlər başlayıb
Sofiya, 14 sentyabr, AZƏRTAC
Bolqarıstanda “Frakiya gürzəsi-2020” adı altında hərbi hava qüvvələrinin təlimləri başlayıb.
AZƏRTAC ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 25-dək davam edəcək təlimlərdə Bolqarıstan, Kanada, Yunanıstan və Rumıniyanın hərbi hava qüvvələri iştirak edir. Sentyabrın 18-də isə təlimlərə ABŞ-ın Avropadakı hərbi hava qüvvələri qoşulacaq.
Təlimlər zamanı müdafiə əməliyyatlarına hazırlıq, infrastrukturun və ərazilərin müdafiə üsullarının tətbiqi əməliyyatları üzrə məşqlər həyata keçiriləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]