Bolqarıstanda koronavirusa yoluxanların sayı artır
Sofiya, 7 noyabr, AZƏRTAC
Bolqarıstanda sutka ərzində yeni koronavirusa 3839 yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 68 min 345 nəfərə çatıb, 23 min 436 nəfər sağalıb, 796 nəfər ölüb. Xəstəxanalarda 3563 nəfər yerləşir, onlardan 257-si reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]