Bolqarıstanın BTA xəbər agentliyinin rəhbəri Maksim Minçev vəfat edib
Bakı, 15 noyabr, AZƏRTAC
Bolqarıstanın BTA xəbər agentliyinin baş direktoru Maksim Minçev 68 yaşında dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı BTA agentliyi məlumat yayıb. Onun koronavirus səbəbindən vəfat etdiyi bildirilir.
"Qısamüddətli xəstəlikdən sonra BTA-nın baş direktoru Maksim Minçev vəfat edib. Biz onu xeyirxah, zəhmətkeş və xoş insan kimi xatırlayacağıq", - deyə məlumatda qeyd olunur.
AZƏRTAC-ın rəhbərliyi və kollektivi bu xəbərdən kədərləndiyini bildirir, Maksim Minçevin yaxınlarına və doğmalarına başsağlığı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]