BOSNİYA VƏ HERSEQOVİNA YIĞMASI İLƏ OYUN BAŞ TUTACAQ
Son günlər bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Azərbaycan yığması ilə Bosniya və Herseqovina komandası arasında yoldaşlıq oyununun keçirilməyəcəyi ilə bağlı xəbərlər yer alır. AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, FİFA-nın 58-ci Konqresində iştirak etmək üçün Sidneydə ezamiyyətdə olan AFFA-nın baş katibi Elxan Məmmədov Bosniya və Herseqovina Futbol Federasiyasının prezidenti İlyo Dominkoviçlə görüşərək məsələ ilə bağlı müzakirə aparmışdır. Görüş zamanı İ.Dominkoviç Bosniya və Herseqovina futbolunda baş verən hadisələrin Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq oyununa heç bir təsiri olmayacağını və qarşılaşmanın baş tutacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]