Bosniya və Herseqovinadakı miqrasiya düşərgəsində qaçqınların çoxluğu bölgədə gərginliyin artmasına səbəb olub
Sarayevo, 16 iyun, AZƏRTAC
Bosniya və Herseqovinanın qərbində toplaşmış çoxsaylı miqrantlarla yerli əhali arasında gərginlik artmaqdadır. Avropa İttifaqı ərazisinə keçməyə cəhd göstərən miqrantlarla yerlilər arasında narazılıqlar və gərginliklər artır.
AZƏRTAC xəbər verir ki, 1990-cı illərdəki Balkan müharibəsindən sonra yerli serblərin getməsi ilə boşalmış Lipa kəndində beynəlxalq qurumlar tərəfindən qurulmuş düşərgədə hazırda 1200 miqrant yerləşdirilib. Ərazi min nəfər üçün hesablansa da, yerli hökumət buraya bir qədər çox qaçqın yerləşdirməkdə qərarlıdır. Bu isə yerlilərlə qarşıdurmalara səbəb olur.
Yerli polisin məlumatına əsasən, hər gün əraziyə təxminən 200 yeni miqrant gəlir və onların istəyi Xorvatiyaya keçməkdir. Xorvatiya tərəfi isə sərhədlərini onlar üçün açmır. Rəsmi mənbələrin rəqəmlərinə görə, artıq 10 mindən artıq miqrant Bosniya və Herseqovinanın qərbinə toplaşıb və heç kim ölkəsinə qayıtmaq istəmir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]