Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr martda başlana bilər
Sarayevo, 6 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın ittifaqa üzvlüyü ilə bağlı müzakirələrə 2024-cü ilin martında başlaya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi deyib.
Brüsseldə Aİ-Bosniya və Herseqovina yüksək səviyyəli siyasi dialoq görüşü keçirilib. Görüşdən sonra Oliver Varhelyi ilə Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Boryana Kristo mətbuata birgə açıqlama veriblər.
O.Varhelyi Bosniya və Herseqovinanın Aİ-yə üzvlük yolunda bir il ərzində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib. Bosniya və Herseqovinaya namizəd ölkə statusunun verilməsinin doğru qərar olduğunu, bu ölkənin islahatlarda sürətli irəliləyişə nail olacağına əminliyini bildirib.
Boryana Kristo isə Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyü üzrə müzakirələrə başlaması üçün bu ilin sonuna qədər yekun tarixin müəyyən olunmasını gözlədiklərini qeyd edib.
Xatırladaq ki, 2022-ci il dekabrın 15-də Bosniya və Herseqovinaya Aİ-yə üzvlük prosesində namizəd ölkə statusu verilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]