Bosniya və Herseqovinanın keçmiş təhlükəsizlik nazirinə üç il həbs cəzası verilib
Sarayevo, 6 dekabr, AZƏRTAC
Bosniya və Herseqovinanın keçmiş milli təhlükəsizlik naziri Selmo Çikotiç üç il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, məhkəmə haqqında korrupsiya ittihamı irəli sürülən Selmo Çikotiçi 2009-2011-ci illər arasında nazir postunda olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə təxminən 5 milyon avro ziyan vurmaqda təqsirli bilib. O, Bosniya və Herseqovina ordusuna məxsus köhnə silah-sursatın Xorvatiyada yerləşən “Scout” adlı şirkətə dəyərindən aşağı qiymətə satılmasını təmin etməkdə günahlandırılıb.
Keçmiş nazirin qanuna zidd olaraq, alqı-satqı əməliyyatı ilə bağlı Bosniya və Herseqovina Rəyasət Heyətinə məlumat vermədiyi bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]