Botsvana prezidentinin partiyası parlament seçkilərində məğlub olub
Bakı, 1 noyabr, AZƏRTAC
Botsvananın hazırkı prezidenti və Botsvana Demokrat Partiyasının (BDP) lideri Mokvetsi Masisi oktyabrın 30-da keçirilmiş parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.
AZƏRTAC “France-Presse” agentliyinə istinadla xəbər verir ki, Botsvana prezidenti bu barədə seçki komissiyası səsvermənin ilkin nəticələrini dərc etdikdən sonra keçirdiyi mətbuat konfransında bildirib. O, müxalifəti seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib və istefa verəcəyini açıqlayıb.
Seçki komissiyasının ilkin məlumatlarına görə, son 58 ildə hakimiyyətdə olan DPB məğlubiyyətə uğrayıb və Milli Assambleyada (birpalatalı parlament) çoxluğu saxlaya bilməyəcək. Müxalifət partiyaları isə parlamentdəki 61 yerdən 31-ni qazanıb, ən çox mandatı (19) hüquqşünas Duma Bokonun rəhbərlik etdiyi sol mərkəzçi koalisiya qazanıb. Səslərin hesablanması davam edir.
Qeyd edək ki, Botsvana prezidenti parlamentdə təmsil olunan deputatların sadə səs çoxluğu ilə seçilir. Seçki qanununun tələbinə uyğun olaraq dörd partiya prezidentliyə namizədlərini irəli sürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]