BÖYÜK BRİTANİYALILAR İSPANİYA KOMANDASINA AZARKEŞLİK EDƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Böyük Britaniyanın “Skysports” televiziya kanalı futbol üzrə qitə çempionatının final mərhələsini stadionlarda işləyəcək həmyerlilərinə özlərini bu idman bayramında qərib hiss etməmək üçün 16 iştirakçı komandadan birinə -İspaniyaya azarkeşlik etməyə çağırmışdır.
Televiziyanın əməkdaşları bu seçimlərini iki səbəblə - birincisi, aparıcı ingilis klublarında çoxlu ispaniyalı oyunçuların olması, ikincisi isə İngiltərə yığmasının qrup mərhələsində uğradığı acınacaqlı məğlubiyyətin əvəzini çıxmaq şansı ilə əlaqələndirmişlər.
İngilislər qitə çempionatının qrup oyunları çərçivəsində Xorvatiya və Rusiya komandalarından sonra üçüncü yer tutaraq final mərhələsinə vəsiqə qazana bilməmişlər. Püşkün nəticələrinə görə, final turnirində İspaniya və Rusiya milliləri eyni qrupa düşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]