Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib
London, 4 aprel , AZƏRTAC
Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib.
AZƏRTAC xəbər verir ki, mitinq iştirakçıları 25 əyalətdə və bölgədə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər. Aksiyada “Qanunu öldür” (Kill the Bill) şüarı səsləndirilib.
Təxminən 1500 nəfərin iştirak etdiyi yürüşdə polislə etirazçılar arasında toqquşma yaranıb, 7 nəfər həbs edilib.
London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.
Polisin təlimatlarına riayət etməyən şəxslər isə 2500 funt sterlinqə qədər cərimələniblər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]