Braziliya aviaşirkətləri Argentinadakı tətilə görə onlarla reysi ləğv edib
Bakı, 21 yanvar, AZƏRTAC
Braziliya aviaşirkətləri yanvarın 24-də bu ölkədə ümumi tətilin planlaşdırıldığı bir vaxtda Argentinaya uçuşları kütləvi şəkildə ləğv edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Latam” və “Gol” aviaşirkətlərinin saytlarında məlumat verilib.
"Argentinadakı tətil bütün hava limanının infrastrukturuna təsir edəcək və uçuşların ləğvi zəruri tədbirdir" - deyə “Gol” aviaşirkəti ləğv edilmiş reyslərlə bağlı sərnişinlərə mesaj göndərib.
Qonşu ölkəyə uçuşlar həyata keçirən Braziliyanın ikinci aviadaşıyıcısı olan “Latam” da öz saytında yanvarın 24-də uçuşların əvvəlcədən xəbərdarlıq edilmədən ləğv oluna biləcəyini bildirib.
Aviaşirkətlərin saytındakı məlumatlara görə, yanvarın 20-dən Braziliya və Argentina arasında ümumilikdə 33 reys ləğv edilib.
Argentinanın Ümumi Əmək Konfederasiyası yeni hakimiyyət orqanlarının apardığı islahatlara etiraz olaraq, yanvarın 24-nə tətil təyin edib. Tətilin 12 saat davam edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]