DÜNYA
BRİTANİYA JURNALİSTİ SƏRNİŞİN TƏYYARƏSİNİ “ŞƏRTİ OLARAQ MƏHV ETMİŞDİR”
Jurnalistin təhqiqatının nəticələri qəzetdə dərc edilmişdir. O yazır ki, nəqliyyat xidmətində fəhlə “işləyir” və baqajı təyyarəyə doldurmaqla məşğul olurdu. Bir dəfə yükvurma bölməsində tək qaldıqda təyyarənin yanacaq bakının divarına bomba qoyub, onun yanında öz fotoşəklini çəkmişdir. Partlayıcı qurğunun cəmi 200 qram olmasına baxmayaraq, inamla demək olar ki, onun işə düşməsi nəticəsində maşının bir tikəsi də ələ gəlməzdi. Frens məqaləsini belə bitirir: “Əgər mən Üsəma bin Laden olsaydım, təyyarədəki britaniyalı 220 sərnişini asanlıqla öldürərdim”.
Yeri gəlmişkən, bu, Böyük Britaniyada ilk belə rüsvayçılıq deyildir. Ötən ilin noyabrında “Deyli mirror” qəzetinin jurnalisti Rayan Perri saxta sənədlərlə Bukinhem sarayında nökər kimi işə düzəlmişdi. Bu, ABŞ Prezidenti Corc Buşun ölkəyə səfəri ərəfəsində olmuşdur. O, sarayda öz əsl soyadı ilə işləyirdi və mühafizə xidmətində heç kim onun şəxsiyyəti ilə maraqlanmırdı. İki ay kraliçaya nökərlik edən Perri Bukinhem sarayında fəaliyyəti barədə məqalə dərc etdirdikdən sonra böyük qalmaqal düşmüşdür. Jurnalistin özünün etirafına görə, onun kraliçanı da, Böyük Britaniyaya dövlət səfərinə gələn Prezident Corc Buşu da, ən yaxın köməkçiləri Kondoliza Raysı və Kolin Pauelli də zəhərləməyə dəfələrlə imkanı olmuşdur.