Britaniya kosmik fəaliyyəti üçün şirkətə 25 milyon dollar yaxın sərmayə qoyub
London, 29 yanvar, AZƏRTAC
Böyük Britaniya kosmik şirkət “Orbex”ə 20 milyon funt sterlinq (24,84 milyon dollar) sərmayə yatırdığını elan edib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu vəsait peykləri orbitə yerləşdirmək üçün istifadə olunacaq “Prime” adlı orbital raketin inşasına və onun bu ilin sonunda Şotlandiyanın şimalında yerləşən Saxavord kosmodromundan buraxılmasına yönəldiləcək.
Bu, ilk dəfə tamamilə Britaniya istehsalı olan və ölkə ərazisindən buraxılan orbital raket olacaq. Britaniya uzun müddətdir öz kosmik sektorunda buraxılış imkanlarını yaratmağa çalışır. Hazırda ölkədə bu sahədə təxminən 52 min nəfər çalışır. Həmçinin Britaniya ABŞ-dan sonra dünyada ən çox peyk istehsal edən ölkədir.
Britaniyanın texnologiya naziri Piter Kayl bildirib ki, atılacaq addım ölkənin bu sahədə aparıcı mərkəzə çevrilməsinə təkan verəcək. Hökumətin hesablamalarına görə, Avropada peyklərə olan tələbatın cəmi 2 faizini əldə etmək Britaniya iqtisadiyyatına 2033-cü ilə qədər təxminən 1 milyard dollar gəlir gətirə bilər. Hazırda Avropada peyk bazarının ümumi dəyərinin 50 milyard dollara çatacağı proqnozlaşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]