Britaniya mediası qanlı Yanvardan bəhs edir
London, 20 yanvar, AZƏRTAC
Britaniyanın “The London Post” və “Avrupa” portalları “Azərbaycan qanlı Yanvarın 25-ci il dönümünü qeyd edir” sərlövhəli məqalə dərc ediblər.
Məqalələrdə xalqımızın qan yaddaşı olan 20 Yanvar hadisələri ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, kütləvi qırğın sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla, xüsusi qəddarlıqla törədilib, mülki vətəndaşlar qətlə yetirilib. Bu hadisədən sonra həmin tarix Azərbaycanda və bütün dünyadakı Azərbaycan icmalarında hüzn günü olaraq qeyd edilir. Həmin hadisə Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsinə də böyük təkan verib.
Yazılarda, həmçinin “Human Right Watch” hüquq müdafiə təşkilatının və ABŞ-ın “The Wall Street Journal” qəzetinin qanlı hadisə haqqında mövqelərinə də yer verilib. Bildirilib ki, bu hadisə Azərbaycan xalqının müstəqillik əzmini qıra bilməyib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]
Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]