Britaniya səfiri: Azərbaycan kibertəhlükəsizlik dünyasına çox sürətlə inteqrasiya edir
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanda son üç ildə kibertəhlükəsizlik tədbirləri daha çox gücləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən "ICSD 2023" ("Digital economies and cybersecurity") "Azərbaycan Kibertəhlükəsizlik günləri" beynəlxalq konfransının açılış mərasimində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld deyib.
Fergus Auld vurğulayıb ki, Azərbaycan Prezidenti bu sahədə bir sıra önəmli sənədlər imzalayıb, vacib qanunlar qəbul olunub, xüsusi Strategiya hazırlanıb. “Azərbaycan kibertəhlükəsizlik dünyasına çox sürətlə inteqrasiya edir. Biz Böyük Britaniya hökuməti olaraq daim Azərbaycana bu sahədə dəstək göstərmək və əməkdaşlığa hazırıq”, - deyə Böyük Britaniyanın səfiri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]