Britaniyada La-Manş boğazı ilə qanunsuz miqrasiya rekord həddə çatıb
London, 14 aprel, AZƏRTAC
Britaniyada bu il kiçik qayıqlarla qanunsuz miqrasiya halları rekord səviyyəyə çatıb.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, təkcə aprelin 12-də La-Manş boğazını keçərək 656 miqrant ölkəyə daxil olub. Bununla da 2025-ci ilin əvvəlindən bəri ümumi rəqəm 8064 nəfərə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur və son illərin ən yüksək göstəricisi hesab olunur.
Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, qanunsuz keçidlər həm insanların həyatını təhlükəyə atır, həm də ölkənin sərhəd təhlükəsizliyini sarsıdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]