BRİTANİYALI HƏKİMLƏR İCTİMAİ YERLƏDƏ SİQARET ÇƏKMƏYİN QADAĞAN OLUNMASINI TƏLƏB EDİRLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, Böyük Britaniya həkimləri irlandiyalı həmkarlarından nümunə götürərək, ictimai yerlədə siqaret çəkilməsinə qadağa qoyulmasını tələb etmişlər. Britaniya Tibb İşçiləri Assosiasiyasına üzv olan həkimlər bu tələbi hər il keçirdikləri konfransda irəli sürmüşlər.
Həkimlər, eyni zamanda, “quru yemək” müəssisələrindən 12 yaşına çatmayan uşaqlara qida məhsulu satılmasının əleyinə çıxmışlar. Çünki “ayaqüstü” yeyilən bu ərzaqları uşaqlar çətin həzm edirlər.