Britaniyanın Baş naziri Tramp ilə Hörmüz boğazının yenidən açılmasının əhəmiyyətini müzakirə edib
London, 16 mart, AZƏRTAC
Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Hörmüz boğazının yenidən açılmasının qlobal dəniz daşımalarında yaranmış fasilələrin aradan qaldırılması üçün vacib olduğunu vurğulayıb.
AZƏRTAC Dauninq Stritə istinadla xəbər verir ki, danışıq ABŞ Prezidentinin bir gün əvvəl Böyük Britaniya və digər ölkələri Fars körfəzinə hərbi gəmilər göndərərək mühüm neft daşınma marşrutunun təhlükəsizliyini təmin etməyə çağırmasından sonra baş tutub. Böyük Britaniyanın energetika naziri Ed Miliband bildirib ki, London boğazın yenidən açılmasına kömək edə biləcək bütün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, bu istiqamətdə ABŞ və digər müttəfiqlərlə əməkdaşlıq da mümkündür.
Açıqlamada bildirilib ki, Starmer və Tramp Yaxın Şərqdə davam edən vəziyyəti müzakirə ediblər. Tərəflər qlobal daşımaların bərpası üçün Hörmüz boğazının yenidən açılmasının vacibliyini vurğulayıblar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]