DÜNYA
Britaniyanın Baş naziri Türkiyədəki terror aktına münasibət bildirib
London, 24 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ankarada törədilən terror aktına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə özünün “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Ankarada baş verən terror hücumundan dəhşətə gəlmişəm. Biz NATO müttəfiqi və yaxın dostumuz olan Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Qurbanların ailələrinin və bu hadisədən təsirlənən hər kəsin yanında olduğumuzu bildiririk”, - deyə Baş nazir vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London