Britaniyanın Baş naziri: Vergilər artırılmalıdır
London, 29 oktyabr, AZƏRTAC
Böyük Britaniyada hakim Leyboristlər hökumətinin dövlət büdcəsi açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, büdcənin açıqlanmasından əvvəl Baş nazir Kir Starmer Birminqem şəhərində çıxış edib və büdcədə vergi artımlarının olacağına eyham vurub. O, hökumətin çətin qərarlar qəbul edəcəyini, qənaət tədbirlərindən qaçmaq və ictimai xidmətləri bərpa etmək məqsədilə vergiləri artırmağı seçəcəyini bildirib. O, həmçinin Britaniyada ictimai nəqliyyatda gediş haqqının 3 funt sterlinqə qalxacağını da əlavə edib. 2025-ci il büdcəsində hökumətin işəgötürənlər tərəfindən ödənilən Milli Sığorta dərəcələrini artırması da gözlənilir.
Qeyd edək ki, maliyyə naziri Reyçl Rivz çərşənbə günü Leyboristlər hökumətinin ilk büdcəsini təqdim edəcək. O, dəfələrlə Mühafizəkarlar hökumətindən qalan 22 milyard funt büdcə kəsirini bağlamaq üçün "çətin seçimlər" etməli olduqlarını vurğulayıb. Onun, vergi artımları və bəzi nazirlik büdcələrinin azaldılması ilə bağlı qərarı elan etməsi də gözlənilir. Eyni zamanda, investisiyaları maliyyələşdirmək məqsədilə borc və xərcləri artırmağı planlaşdırdığı da təxmin edilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]