Britaniyanın müdafiə naziri: Ukraynada müharibə gələn il də davam edəcək
Bakı, 19 aprel, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynadakı müharibənin çox güman ki, 2024-cü ildə də davam edəcəyini düşünür.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Ben Uolles Vaşinqtonda jurnalistlərlə görüşü zamanı Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılan əks-hücuma başlayacağına əminliyini ifadə edib.
“Mən optimist fikirdəyəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək. Lakin, eyni zamanda, realist olmalıyıq: Rusiya sehrli çubuğun bir hərəkəti ilə dağılmayacaq”, - deyə nazir bildirib.
Bir müddət öncə “Newsweek” jurnalı Pentaqonun internetə sızan məxfi məlumatlarına istinadla məlumat yaymışdı ki, ABŞ və müttəfiqləri Ukrayna ordusunu aprelin 30-na planlaşdırılan yaz əks-hücumuna hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]