BU GÜN 2008-Cİ İL AVROPA ÇEMPİONATININ AÇILIŞ OYUNLARI KEÇİRİLƏCƏKDİR
Bu gün Avstriya və İsveçrənin ev sahibliyi ilə futbol üzrə 13-cü Avropa çempionatına (AÇ-2008) start verilir. Açılış oyunu Bazel şəhərində A qrupunda mübarizə aparan İsveçrə və Çexiya yığma komandaları arasında baş tutacaqdır. A qrupunda digər oyunda isə Türkiyə və Portuqaliya yığmaları mübarizə aparacaqlar.
Hər iki ölkənin tarixində ən irimiqyaslı idman tədbiri olan AÇ-2008 çərçivəsində iyunun 29-dək 31 qarşılaşma olacaqdır. 1,1 milyon futbol azarkeşi oyunları birbaşa stadionlardan izləyəcək və hər matçı 155 milyondan artıq insan televiziya ekranları qarşısında canlı olaraq seyr edə biləcəkdir. Dünyanın 200-dən çox ölkəsinə birbaşa translyasiya edilən çempionatın final oyununa 280 milyon nəfərin tamaşa edəcəyi gözlənilir.
Oyunları yaxından izləmək və reportajlar hazırlamaq üçün hər iki təşkilatçı dövlətdə dünyanın müxtəlif ölkələrindən 7 minədək mətbuat nümayəndəsi akkreditə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]