Bu gün Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olacaq
Bakı, 26 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək və turnirin ilk finalçısı bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, “Neftçi” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək matçı baş hakim Fərid Hacıyev idarə edəcək. Matça saat 20:00-da start veriləcək.
Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" mərhələ adlamaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Tovuz təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]