Bu gün Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinə start verilir
Bakı, 20 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.
Əyalət təmsilçiləri indiyədək altı dəfə kubok yarışlarında rəqib olublar. Bunlardan dördü dörddəbir finala, biri yarımfinala, digəri isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var - 14:8.
Digər görüşdə “Neftçi” klubu “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.
İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları dörddəbir finalda üç dəfə kəsişib. Əvvəlki altı oyunun yarısı “Zirə”nin, 2-si “Neftçi”nin xeyrinə başa çatıb. Bir görüşdə qalib müəyyənləşməyib. "Neftçi"nin vurduğu 6 qola "Zirə" 4 topla cavab verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]