İDMAN
Bu gün beş şahmatçımız dünya kubokunda mübarizə aparacaq
Bakı, 15 iyul, AZƏRTAC
Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün şahmatçılarımızdan daha 3-ü mübarizəyə qoşulacaq. Belə ki, altmış dörddəbir finaldan mübarizəyə başlayacaq Şəhriyar Məmmədyarov startda braziliyalı Krikor Sevaq Mexitaryanı sınağa çəkəcək. Bu mərhələdə digər təmsilçimiz Nicat Abasov ermənistanlı Şant Sarqsyan ilə üz-üzə gələcək.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə otuz ikidəbir finalda sloveniyalı Laura Unuk ilə qarşılaşacaq.
Birinci mərhələdə uğurla çıxış etmiş Vasif Durarbəyli növbəti mərhələdə rusiyalı Aleksandr Predke, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişvili ilə üz-üzə gələcək.
Şahmatçılarımızdan ikisi - Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]