Bu gün qadınlar arasında “Australian Open-2019” turnirinin final görüşü keçiriləcək
Bakı, 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 26-da qadınlar arasında “Australian Open-2019” turnirinin final görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək görüşdə yaponiyalı tennisçi Naomi Osaka və çexiyalı Petra Kvitova üz-üzə gələcəklər.
Naomi yarımfinalda Karolina Pliskovanı (Çexiya), Petra Kvitova isə Danielle Colinsi (ABŞ) məğlub edib.
İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Yaponiyalı tennisçi 2018-ci ildə “US Open” turnirinin qalibi adını qazanıb. Naomi 25 il ərzində “Australian Open” turnirinin final mərhələsinə vəsiqə qazanan yeganə Yaponiya idmançısıdır.
Petra Kvitovanın isə karyerası ərzində ən yaxşı göstəricisi 2011-ci və 2014-cü illərdə olub. Çexiyalı tennisçi “Wimbledon” turnirinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]