Bu gün Qubada beynəlxalq futbol turniri start götürəcək
Quba, 2 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə bu gün idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparacaq.
A qrupunda Şimali Kipr millisi, “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA və “Quba” OİK, B qrupunda isə “Dinamo” (Minsk, Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayacaq.
Saat 12:00-da turnirin açılış mərasimi, 12:45-də isə ilk oyunu keçiriləcək. Açılış matçında “Quba” OİK və “Bunyodkor” komandaları üz-üzə gələcək.
Sentyabrın 6-da yekun vurulacaq turnirin təqvimini təqdim edirik:

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]