Bu il paytaxt məktəblərinin XI siniflərini 26 mindən çox şagird bitirir
Bakı, 14 iyun, AZƏRTAC
2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 40 min 16, XI siniflərini 26 min 453, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər bitirir.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtda 45 min 108 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 482 min 132 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 28 min 410 müəllim fəaliyyət göstərir.
2022-2023-cü tədris ilində paytaxt üzrə 282 ümumi təhsil məktəbində fəaliyyət göstərən 976 məktəbəhazırlıq qrupuna 22 min 902 uşaq cəlb olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 336 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:30]