Bu il Zaqatalanın taxıl sahələrində orta məhsuldarlıq 34,1 sentner olub
Zaqatala, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 11 min 396 hektar sahənin məhsulu biçilib, 38 min 916 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 34,1 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3,8 min tondan çox artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə zaqatalalı fermerlər 7 min 819 hektar buğda sahəsindən 26 min 897 ton, 3 min 577 hektar arpa sahəsindən isə 12 min 19 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 34,4 sentner, arpa zəmilərinin isə 33,6 sentner olub.
Sektor müdirinin sözlərinə görə, bu il rayonda taxıl biçini başa çatmış ərazilərdə 400 hektaradək sahədə təkrar əkinlərin aparılması proqnozlaşdırılır. İndiyədək təsərrüfatlarda 190 hektar sahədə dən üçün təkrar qarğıdalı, 64 hektarda isə soya əkilib və hazırda bu istiqamətdə iş davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]