BU İLİN 9 AYINDA AZƏRBAYCAN İQTİSADİYYATINA KREDİT QOYULUŞU 4,3 TRİLYON MANATDAN ÇOX OLMUŞDUR
Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 2004-cü ilin 9 ayı ərzində genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, neft gəlirlərindən inkişaf məqsədləri üçün istifadə olunması pul kütləsinə fiziki tələbatı artırmışdır. Nəticədə manatla pul kütləsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artaraq 3 trilyon manatı ötmüşdür. Pul kütləsinin artım sürəti ümumi daxili məhsulun (ÜDM) artım sürətini 21 faiz üstələmişdir. Pul kütləsinin ÜDM-dəki həcmi 5 faiz yüksəlmişdir. Hesabat dövründə bank sisteminin, milli valyutanın etibarlılığı çoxalmış, cəmi depozit bazası və əhalinin əmanətləri 69 faiz artmışdır. Depozit bazasının genişlənməsi nəticəsində iqtisadiyyata kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz artaraq 4,3 trilyon manatı ötmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]