Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bu şəhərə təzim et”... Bir məqalənin izi ilə REPORTAJ

Tbilisi, 12 iyul, AZƏRTAC

Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin və ədəbiyyatının inkişafında mühüm rolu olan tarixi şəxsiyyətlərin, klassik Azərbaycan mütəfəkkirlərinin bir çoxunun qonşu və dost Gürcüstan ilə əlaqələri olub. Onlardan biri də Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylidir.

Araşdırmaçı-jurnalist Cəmilə Babayeva M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə Üzeyir Hacıbəylinin Gürcüstan ilə əlaqələrini araşdırıb, onun həyat və yaradıcılığı ilə bağlı “Bu şəhərə təzim et” sərlövhəli məqalə hazırlayıb.

AZƏRTAC-ın xüsusi müxbiri araşdırmaçı jurnalist Cəmilə Babayeva və muzeyin əməkdaşı Gülnarə Səfərli ilə görüşüb, araşdırmanın detallarını öyrənib.

Məqalə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Gürcüstan Teatr Cəmiyyətinin mətbu orqanı olan “Teatr” jurnalında gürcü dilində dərc olunub.

C.Babayeva deyir: “Araşdırmalarımız 5 ildir ki, davam edir. Əvvəlcə Gürcüstanın Milli Arxivində Üzeyir Hacıbəyli ilə bağlı iki mühüm material aşkar etdik. Bunlardan biri onun yer aldığı nadir fotoşəkil, digəri isə 1911-ci ildə “Tiflis Mətbuat İşləri üzrə Komitəsi”nə ünvanladığı xahişnamə idi. Bu sənədlər bizi araşdırmaları daha da dərinləşdirməyə həvəsləndirdi. Sonrakı araşdırmalar “Arşın mal alan” operettasının gürcü dilinə ilk tərcüməsi və səhnələşdirilməsi tarixini əhatə edir”.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, “Arşın mal alan”ı ilk dəfə gürcü dilinə tərcümə edən yazıçı və dramaturq İvane Qiqoşvilinin Üzeyir Hacıbəyli ilə sıx dostluq və yaradıcılıq münasibətləri var imiş. Qiqoşvili 1958-ci ildə Üzeyir Hacıbəyli haqqında xatirələr yazıb. Həmin materiallar Gürcüstan İncəsənət Sarayının fondunda qorunub saxlanılır.

Araşdırma zamanı, fondda daha bir mühüm sənəd də aşkarlanıb. Bu, Üzeyir Hacıbəylinin 1930-cu ildə İvane Qiqoşviliyə yazdığı poçt kartıdır. Kartın mətnindən məlum olur ki, Qiqoşvili qonorar məsələsi ilə bağlı Üzeyir bəyə müraciət edib və bəstəkar ona bu məsələnin həllində kömək göstərəcəyini bildirib. Bu fakt onların dostluq münasibətlərini təsdiqləyən daha bir mühüm tarixi sənəddir.

Məqalənin məhz “Teatr” jurnalında dərc olunması da təsadüfi deyil. Çünki 110 il əvvəl Üzeyir Hacıbəyli haqqında fotoşəkil və məlumat məhz bu jurnalın sələfi olan “Teatri da tsxovreba” jurnalında dərc edilib. Həmin materialları redaksiyaya İvane Qiqoşvili təqdim edib. Azərbaycanlı araşdırmaçılar da məhz bu tarixi bağlılığı nəzərə alaraq məqaləni eyni ənənəni davam etdirən nəşrdə çap etdirməyi məqsədəuyğun hesab ediblər.

C.Babayeva və G.Səfərli hazırda yeni arxiv materiallarının axtarışını davam etdirirlər. Əldə etdikləri hər yeni fakt onları başqa sənədlər aparmağa sövq edir.

“Xüsusilə Üzeyir Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsil illəri, onun şəxsi işi və Gürcüstandakı fəaliyyəti ilə bağlı yeni materialları üzə çıxarmaq istəyirik. Ümid edirik ki, yaxın gələcəkdə yeni arxiv sənədləri aşkarlayacaq və onları həm Azərbaycan, həm də Gürcüstan ictimaiyyətinə təqdim edəcəyik”, - deyə C.Babayeva vurğulayıb.

Gülnarə Səfərlinin sözlərinə görə, Gürcüstanda Azərbaycan mədəni irsi ilə bağlı araşdırılacaq çoxlu materiallar mövcuddur: “Muzeyin əməkdaşı olaraq, Üzeyir Hacıbəyli ilə bağlı Gürcüstanın Milli Arxivində aparılan bu araşdırmanı, təbii ki, böyük məmnuniyyətlə dəstəklədim. Gürcüstanın Milli Arxivində və İncəsənət Sarayında işləyərkən çox maraqlı materiallarla qarşılaşdıq. Xüsusilə Üzeyir Hacıbəylinin İvane Qiqoşviliyə yazdığı poçt kartını görəndə böyük həyəcan keçirdik. Sanki tarixə toxunurduq”.

O deyir: “Gürcüstanda yaşamış və fəaliyyət göstərmiş azərbaycanlıların zəngin irsi var. Bu irsin yeni səhifələrini üzə çıxarmaq və gələcək nəsillərə çatdırmaq üçün araşdırmalarımızı davam etdirəcəyik”.

Söhbətə yenidən qoşulan C.Babayeva deyir ki, Fondun rəhbəri həmin poçt kartını masanın üzərinə qoyanda bir anlıq sanki donduq: “Açığı, gözlərimizə inanmadıq. Çünki bu poçt kartını tamamilə təsadüf nəticəsində aşkar etmişdik. Gülnarənin də dediyi kimi, sanki həmin an tarixə toxunurduq. Elə bil Üzeyir bəyin əlyazısının hərarəti illər keçsə də o kağız parçasında qorunub qalmışdı”.

“Bu şəhərə təzim et” adlı məqalədə əsas diqqət Üzeyir Hacıbəylinin Gürcüstanla əlaqələri, bu ölkəyə münasibəti və gürcü ziyalıları, musiqiçiləri ilə əməkdaşlığı barədə məlumatlar əksini tapıb. Maraqlı məqamlardan biri də odur ki, Qiqoşvili sonradan Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini də gürcü dilinə tərcümə edib. Müəlliflər çalışıblar ki, məhz bu jurnalda dərc olunan məqalə ilə Üzeyir Hacıbəylinin 140 illiyinə layiqli töhfə versinlər.

Məqalənin adı da diqqət çəkir. Bu ifadə dahi bəstəkarın həyat yoldaşı Məleykə xanıma göndərdiyi teleqramdan götürülüb: “Eşitmişəm Qoridən keçəcəksən. O şəhərə təzim et”. Bu sözlər onun Qori şəhərinə olan böyük hörmətini, bağlılığını və minnətdarlığını ifadə edir. Çünki Qori bəstəkarın bir şəxsiyyət, bəstəkar və ictimai xadim kimi formalaşmasında müstəsna rol oynayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir