Buça şəhərinin meri: Sakinlərin 80 faizdən çoxu evlərinə qayıdıb
Buça, 19 aprel, AZƏRTAC
Artıq Buça şəhərinin sakinlərinin 80 faizdən çoxu evlərinə qayıdıb. Bu, bizi sevindirir.
Bunu AZƏRTAC-a açıqlamasında Buça şəhərinin meri Anatoliy Federuk deyib. Onun sözlərinə görə, artıq Ukraynanın cənub və şərq hissəsindən 8000-dən çox məcburi köçkün Buça şəhərində məskunlaşıb. Onlar lazım olan hər şeylə təmin edilir.
“Buça şəhəri real maliyyə imkanlarına uyğun olaraq yenidən qurulur, biz mühüm infrastrukturu, mənzil-kommunal təsərrüfatını bərpa edirik. Bu proses hələ bir müddət davam edəcək”, - deyə mer əlavə edib.
Anatoliy Federuk bildirib ki, Buçanın mərkəzi hissəsində rus işğalçıları tərəfindən qətlə yetirilmiş, işgəncələrə məruz qalmış şəhər sakinlərinin xatirəsinə abidə kompleksinin tikilməsi planlaşdırılır. Bu, həm də Buçanı işğaldan azad edən Ukrayna Silahlı Qüvvələri üçün memorial kompleksi olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]