Budapeşt Avropanı “hərbi psixozdan” çəkinməyə çağırır
Budapeşt, 3 iyul, AZƏRTAC
“Avropa əsl fəlakətlə üz-üzədir, çünki bu məkanda hələ də “hərbi psixoz” davam edir.
AZƏRTAC xəbər verir ki, bu xəbərdarlıq Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun özünün feysbuk səhifəsində yerləşdirdiyi statusda yer alıb.
P.Siyyarto yazıb: “Təəssüf ki, Avropa sözün həqiqi mənasında əsl fəlakətə yaxınlaşır”. O, həmçinin əlavə edib ki, regionda hələ böyük fəlakətin qarşısını almaq və minlərlə insanın həyatını xilas etmək mümkündür. Lakin bunu etmək üçün “hərbi psixoza” son qoyulmalıdır.
Macarıstanın naziri vurğulayıb ki, onun ölkəsi Ukraynada atəşin dərhal dayandırılmasında israrlıdır və münaqişəyə aidiyyəti olan siyasətçiləri danışıqlar masası arxasında müzakirələrə çağırır.
Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban bəyan etmişdi ki, Avropa İttifaqı Ukraynaya hərbi və iqtisadi yardım göstərməklə yanaşı, Balkan ölkələrinin Avropaya inteqrasiyasına da maliyyə vəsaiti ayırmalıdır. Onun sözlərinə görə, Budapeşt Balkan ölkələrinin, o cümlədən Bosniya və Herseqovinanın Avropa İttifaqına qoşulması istiqamətində səy göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]