Buraxılış imtahanı Ağdam rayonunda 5 binada təşkil olunub
Ağdam, 13 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Aprelin 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən Ağdam rayonunda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 binada təşkil olunub.
Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanın idarə olunmasına 5 ümumi rəhbər, 16 imtahan rəhbəri, 110 nəzarətçi-müəllim, 16 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 1193 şagirdin iştirakı nəzərdə tutulub İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]