Burkina Fasoda üç hərbçi dövlətə qarşı sui-qəsd ittihamı ilə həbs edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Burkina Fasoda üç hərbçi dövlətə qarşı sui-qəsd və ölkənin keçid hakimiyyətinə qarşı fəaliyyətdə ittiham olunaraq həbs edilib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə hərbi prokuror Alfons Zorma bildirib.
“2023-cü il avqustun sonunda hərbi prokurorluq üç hərbçinin Burkina Fasonun keçid prezidentinin evi də daxil olmaqla, ən həssas obyektlərdə kəşfiyyat aparması ilə bağlı faktlardan xəbərdar olub", - deyən hərbi prokuror qeyd edib ki, dövlətə qarşı sui-qəsddə ittiham olunan hərbçilər həbs edilərək müstəntiq qarşısına çıxarılıb. Hazırda onlar istintaq təcridxanasındadırlar.
Saxlanılanlar zabit Windinmalegde Kabore, baş çavuş Brice Ismael Ramde və 2015-ci ildə dövlətə qarşı sui-qəsddə ittiham olunduğu üçün işdən çıxarılan keçmiş hərbçi Sami Dahdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]