Bursada Azərbaycanın qələbəsinə həsr edilmiş fotosərgi açılıb
İstanbul, 15 dekabr, AZƏRTAC
Türkiyənin Bursa vilayətində “Qarabağ Azərbaycandır, Zəfərin ardından” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Bursanın Osmanqazi Bələdiyyəsinin təşkilatçılığı ilə “15 iyul-demokratiya meydanı”nda açılan sərgidə Anadolu agentliyinin fotomüxbirləri tərəfindən Azərbaycanın Vətən müharibəsi dövründə çəkilən və özündə qələbə sevincini əks etdirən 22 şəkil nümayiş etdirilir.
Tədbirdə iştirak edən Osmanqazi Bələdiyyəsinin sədri Mustafa Dündar Azərbaycanın torpaqlarını işğaldan azad etməsi münasibətilə çox böyük sevinc hissi keçirdiklərini bildirib.
Sərgi bir həftə davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:04]
Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb
- 02.10.2026 [02:10]
“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO
- 01.10.2026 [23:51]