BUXARESTDƏ BEYNƏLXALQ İQTİSADİ FORUM KEÇİRİLƏCƏKDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirmişlər ki, tədbirin keçirilməsində əsas məqsəd Rusiya, eləcə də MDB və Şərqi Avropa ölkələrinin iş adamları ilə iqtisadi–ticarət əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, iqtisadi sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi, kiçik və orta müəssisələr arasında kooperativ əlaqələrin canlandırılmasına yardım, xarici və yerli maliyyə strukturlarının qeyd olunan iqtisadi fəaliyyət sahəsinə cəlb edilməsi və yeni investisiya imkanlarının araşdırılmasıdır. Tədbirdə azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.