Cari ildə Mingəçevirdə akademik avarçəkmə və kanoe üzrə iki beynəlxalq turnir keçiriləcək
Mingəçevir, 29 yanvar, AZƏRTAC
Cari ildə Mingəçevirdə akademik avarçəkmə və kanoe üzrə iki beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev yanvarın 29-da jurnalistlərə müsahibəsində deyib.
Baş katib bildirib ki, bu il ilk beynəlxalq yarışın apreldə “Kür” Olimpiya Tədris Mərkəzində keçirilməsi nəzərdə tutulub. İkinci yarışın isə oktyabrda təşkil olunması planlaşdırılır. Yerli yarışların da keçirilməsi prioritet məsələlər arasındadır.
“Kür” Olimpiya Tədris Mərkəzində milli komandamızın hazırlıq prosesinə artıq start verilib. İdmançılarımız məşqləri mütəmadi davam etdirirlər. “Gənclər kuboku” yarışından və apreldə keçiriləcək beynəlxalq turnirdən sonra millimizin heyəti tam formalaşdırılacaq. Azərbaycan beynəlxalq turnirdə həmin komanda ilə təmsil olunacaq”, - deyə baş katib qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]