CAS “Sabah” klubunun xeyrinə qəbul edilmiş qərarı qüvvədə saxlayıb
Bakı, 8 sentyabr, AZƏRTAC
İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələ ilə bağlı qərar verib.
Bakı klubunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FIFA-nın daha öncə “Sabah”ın xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən, Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah” komandasına ödəməli olması qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]