Cəbhə bölgəsində yerləşən hərbi birlikdə təlim məşqləri keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən, cəbhə bölgəsində yerləşən hərbi birlikdə döyüş atışlı təlim məşqləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ssenariyə uyğun olaraq, təlimlərə cəlb edilən motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqlarını, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını yerinə yetiriblər.