REGİONLAR
CƏBHƏ ZONASINDA MÜXTƏLİF HEYVANLARDAN GÖTÜRÜLƏN PATOLOJİ NÜMUNƏLƏRDƏ XƏSTƏLİK TÖRƏDİCİLƏRİ AŞKAR EDİLMƏMİŞDİR
Xəbər verdiyimiz kimi, Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarında təcavüzkarın törətdiyi dəhşətli yanğınlar nəticəsində vəhşi heyvanların, sürünənlərin, gəmiricilərin və digər heyvanların təmas xəttindən axını ilə bağlı həmsərhəd rayonlara ezam edilmişdir. Onların yanğından xilas olmuş müxtəlif heyvanlardan götürdükləri patoloji nümunələr respublika baytarlıq laboratoriyasında ilkin müayinədən keçirilmişdir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nümunələrin analizi nəticəsində heç bir təhlükəli xəstəlik törədicisi aşkar edilməmişdir.